Uzun Gece

Mən yazıram səndə dinlə
Yanımda olmasanda
Gələcək günlərimizin
Xəyalını qurmasanda

Sən artıq uzaqlardasan
Yaxında qalmasanda
Mən hər yerdə axtardım
Sən məni axtarmasanda

Bir zaman yanımdaydın
Nə oldu? çıxıb getdin
Əsil sevən sevdiyini
Heç vaxt atıb getmir

Mən artıq unutmuşam
Gecəmdə yağan qar olsun
Sevdiyinə sadiq olmadın
Eybi yox canın sağ olsun

Bir dünya qurmuşduq
Dünyamız artıq yox oldu
Boş yerə özün yorma
Sevgidə bizdə yoxuq

Sakit yavaş səslər
Döyünən qəlbimə toxun
Mənə çox gözəl idi
Inan sənin əziz qoxun

Tanrıdan istədiklərim
Inan ki çox şey alınmır
Həyatım yalnızlıqdan
Yazılan qalın kitabdır

Keçmişim qayıtmayacaq
Xatirələr yanıb kül oldu
Yanımda səndə yoxsan
Bu gecədə yalnız oldum

Uzun gecelerde
Yazdım neçelerden
Sesimde duyduğun
Hayalin benimle

Gözlərin günəş kimidir
Qündüzlər parıldayar
Uzaqlarda tək deyilsən
Qəlbən yanındayam

Bilirəm peşman olub
Bir gün mənə qayıdarsan
Qayıtma mənası yox
Sevgi nədir? anlayarsan

Gecələr bitməyəcək
Uzandıqca hər dəqiqə
Bütün gecə yuxularımda
Gəzim şəhəri mən səninlə

Aşiqlər birlikdə
Sən mənimlə qalmadında
Bu parçanı sizə paylaşdım
Noyabr ayların da

Nəysə mən çox danışdım
Uzun sözümü qısaldıram
İndi başqa biriyləsən
Mən bunlara qısqanmıram

Bir anda çıxıb getdin
Ayrılmağı sən seçdin
Nə istədin elə də oldu
Mənə görə hərşey keçdi

Sevənlərə səslənirəm
Bu sözümü unutmayın
Bir-birinizin əlindən tutub
Heç vaxt ayrılmayın

İstəyən çıxıb getsin
Mənimlə qalan var olsun
Soyuq ulduzlu gecəm
Uzun və sakit olsun

Uzun gecelerde
Yazdım neçelerden
Sesimde duyduğun
Hayalin benimle
Đăng nhập hoặc đăng ký để bình luận

ĐỌC TIẾP