Ezizim

Saçlarının rəngi payızdı
Gözlərinin rəngi dəniz
Almaya bənzər yanağın var
Ay üzün aydan da təmiz

Qönçə dodaqlarda gülüşlər
Yenə gözlərimə görünsün
Məni məndən alan öpüşlər
Yenə ətrafıma bürünsün

Günləri saydım sənə çatdım əzizim
Dərdi qəmi başımdan atdım əzizim
Yuxuna gəlmək üçün üzünü görmək üçün
Tək səni fikirləşib yatdım əzizim

Yandırır atəşli baxışlar
Gör necə qəlbim közərir
Hər baxışından ürəyimdə
Bir yeni dünya düzəlir
Qönçə dodaqlarda gülüşən
Yenə gözlərimə görünsün
Məni məndən alan öpüşlər
Yenə ətɾafıma bürünsün
Đăng nhập hoặc đăng ký để bình luận

ĐỌC TIẾP